FUTBOL- yığmada 102-ci qolunu vurub. O, dünya rekordunu təzələməyə yaxındır - İNTİQAM təqdim edir (Azpress.AZ)

FUTBOL- yığmada 102-ci qolunu vurub. O, dünya rekordunu təzələməyə yaxındır İNTİQAM təqdim edir (Azpress.AZ)

 Portuqaliya və Andorra millisi arasında keçirilən yoldaşlıq görüşü birincinin kapitanı və forvardı Kriştianu Ronaldu üçün əlamətdar olub. Belə ki, portogezli futbolçu öz ölkəsinin yığmasında 102-ci qolunu vurub. İndi bu göstərici ilə öz ölkəsində rekorda imza atan Ronaldunu indi İran millisində 109 qol vurmaqla rekorda sahib olan Əli Daeidən cəmi 7 qol ayırır. Mütəxəssislərin rəyinə görə Ronaldunun Əli Daeini də geridə qoymaq şansı var. O, bu gün Millətlər Liqası çərçivəsində baş tutacaq Portuqaliya - Fransa matçında fərqlənməklə rekorda bir qədər də yaxınlaşa bilər. Bir məqamı da qeyd edək ki, Ronaldu hazırda Avropa üzrə öz ölkəsinin yığmasında 100 qol vuran ilk və yeganə futbolçudur.

İNTİQAM Məmmədov

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !