Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan: - Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu tanıyır

Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan: Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu tanıyır

 

Pakistanın Baş Naziri İmran Xan bu ölkənin yerli televiziya kanalına 12 noyabr tarixində verdiyi müsahibəsində jurnalistin - “Azərbaycanda hər yerdə Azərbaycan-Türkiyə-Pakistan bayraqlarının dalğalandığını, Azərbaycanın qələbə qazandığını, heç kəsin Azərbaycana öz torpaqlarını hədiyyə etmədiyini, Azərbaycanın böyük mübarizə apararaq öz torpaqlarını erməni işğalından azad etdiyini” bildirərək Baş Nazir İmran Xanın münasibətini öyrənib.

Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan isə cavabında “Azərbaycan Silahlı Qüvvələrinin nümunəvi şücaət göstərdiyini, Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, bütün dünyanın Qarabağın Azərbaycana məxsus olduğunu tanıdığını, Azərbaycanlıların öz əzəli torpaqlarını geri qaytardığını” bildirərək jurnalistin sualını cavablandırıb.

https://tribune.com.pk/story/2272148/pm-imran-says-under-pressure-to-recognise-israel

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !