Sumqayıt Dövlət Dram Teatrı Fəxri Diploma layiq görüldü. -

Sumqayıt Dövlət Dram Teatrı Fəxri Diploma layiq görüldü.

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” deviziilə 2019-cu ildə keçirilən respublika müsabiqəsinin ən yaxşı nəticəsinə görə Sumqayıt Dövlət Dram Teatrının AHİK-in sədri Səttar MehbalıyevinimzasıiləFəxri Diplomla təltif olunması kollektiv tərəfindən böyük ruh yüksəkliyiilə qarşılandı. Həmçinin Respublika Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Cəmilə Səttarova tərəfindən müəssisəmizə yüksək diqqətin nümunəsi kimi Sumqayıt Dövlət Dram Teatrına computer dəsti hədiyyə edilib. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasınavə MİHK sədrinə teatr rəhbərliyi və kollektivi adından minnətdarlığımızı bildiririk.
Sumqayıt Dövlət Dram Teatrı COVİD-19 virusu yayıldığ ıgündən ölkədə tətbiqedilən bütün məhdudiyyətlərə, Nazirlər Kabineti yanında təşkilolunan Operativ Qərargahın tövsiyyə və tapşırıqlarına ciddi şəkildə əməl edibdir. Sosial məsuliyyət hissinin artırılmasında, bu proseslərdə gərgin psixolojiməqamlar yaşayaninsanlara, ahıllara da hərcür yardımın göstərilməsi davam etməkdədir.
Xüsusi spot və çarxlar vasitəsilə teatröz maarifçilik missiyasını layiqincə yerinə yetirir. Onlayn məşqlər və repertuar planının təqdimi təhlükəsizliyin qorunmasında önəmli rol oynayır. Zəruri halda işə çıxan müəyyən qisim işçi heyətinin social məsafəni gözləməsi, tibbi maska və digər ləvazimatlardan istifadəsi birmənalı şəkildə təmin olunmaqdadır.
Bir daha teatrımıza göstərilən diqqətə görə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının və Mədəniyyət işçiləri Həmkarlar İttifaqının rəhbərliyinə və işçi heyətinə dərin minnətdarlığımız ıbildiririk.
Teatrınmətbuatxidməti 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !