Yanvarın 1-dən polietilen torbaların satışına qadağa qoyulur -

Yanvarın 1-dən polietilen torbaların satışına qadağa qoyulur

 Yanvarın 1-dən etibarən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ictimai iaşə və xidmət obyektlərində istifadəsi və satışı aşkar olunarsa, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manatadək cərimə ediləcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədovanın sözlərinə görə, bundan məqsəd polietilen torbaların və adları yuxarıda qeyd olunan plastik məişət əşyalarının ətraf mühitə vurduğu zərəri aradan qaldırmaqdır.​

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !