Qanunsuz ov edən şəxs cəzalandırılıb -

Qanunsuz ov edən şəxs cəzalandırılıb

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Qumbaşı” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.


Biloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran rayon Liman şəhər sakini Əhəd Abbasov olduğu məlum olub. Faktla bağlı  qanun pozucusu barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !