YT Parkın rezidenti olan İNKOR MMC-nin yeni inzibati binası istifadəyə veriləcək -

YT Parkın rezidenti olan “İNKOR” MMC-nin yeni inzibati binası istifadəyə veriləcək

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “İNKOR” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) neft və qaz çıxarma, emalı, eləcə də kimya sənaye sahələri və kənd təsərrüfatı üçün yüksək keyfiyyətli korroziya, duzçökmə, parafinçökmə inhibitorları, üzvi həllediciləri, korroziyadan mühafizə boyaları, kompleks gübrələr, ziyanvericilərə qarşı dərman preparatları və s. istehsalını həyata keçirir.
Müəssisə, həmçinin AMEA-nın Neft Kimya Prosesləri İnstutu ilə birgə rəqabət qabiliyyətli yüksək texnologiyalı məhsulların istehsalı məqsədilə tədqiqatlar aparır, hazırlanan məhsulların təcrübə-sənaye sınağını birgə həyata keçirilir.
Qeyd olunanları nəzərə alaraq, “İNKOR” MMC-nin yeni inzibati binasının tikintisinə qərar verilmişdir. Müasir tələblərə cavab verən yeni binada artıq təmir-tikinti işləri yekunlaşmaq üzrədir. Bina yaxın zamanda istifadəyə veriləcək.
Xatırladaq ki, “İNKOR” MMC 2019-cu ildə YT Parkda rezidentliyə qəbul edilib.
AMEA Yüksək Texnologiyalar Parkının Mətbuat katibi
Nərgiz Qəhrəmanova
Email: [email protected], [email protected]
Tel: (055) 555-58-89
www.ameaytp.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !