Kaspersky: hər altı şirkətdən yalnız biri bütün səviyyələrdə innovativ fikirləri təşviq edir

Kaspersky: hər altı şirkətdən yalnız biri bütün səviyyələrdə innovativ fikirləri təşviq edir

Kaspersky-nin yeni bir araşdırmasına görə, innovasiya şöbəsi rəhbərlərinin böyük əksəriyyəti (88%) innovasiyanın uğurlu təşkilatlarda hər səviyyədə və hər komandada stimullaşdırıldığına inanır. Bununla belə, hər altı şirkətdən yalnız birinin nümayəndəsi (16%) bu yanaşmanın çalışdığı qurumda artıq tətbiq olunduğunu söyləyib.


İnnovasiya təşəbbüsü daha çox yüksək rəhbərlik tərəfindən irəli sürülür, onların tabeliyində olanlar isə yalnız icra mərhələsində iştirak edirlər. Lakin bu vəziyyətdə top menecerlər birbaşa müştərilərlə qarşılıqlı əlaqə quran və ya məhsul hazırlayan işçilərə məlum olan bəzi fürsətləri nəzərdən qaçıra bilərlər. Buna görə də, sorğu iştirakçılarının böyük əksəriyyəti innovativ düşüncənin şirkət daxilində inkişaf etdirilməsinin və bunun üçün hər kəsin özünü rahat hiss etdiyi və nəyin dəyişdirilə və yaxşılaşdırıla biləcəyi barədə fikirlərini açıq şəkildə bölüşə biləcəyi bir atmosfer yaratmağın lazım olduğunu düşünür. Üstəlik, işçilərin 65%-i onların özlərindən gələn fikirlərin daha təsirli olduğunu düşünür. Amma əslində, bu gün korporativ mədəniyyət nadir hallarda yenilikləri strukturun aşağı pilləsindən stimullaşdıracaq şəkildə tərtib olunur. Maraqlıdır ki, liderlər bir komandadakı sosial-mədəni müxtəlifliyi qabaqcıl fikirlərin ortaya çıxması üçün daha vacib şərt hesab edirlər.


“İnnovativ düşüncə yaratmaq üçün işçilərin çalışqan olması və yaxşı fəaliyyət göstərməsi kifayət deyil. Ən yaxşı nəticələr hər kəsin söz haqqı olduğu halda əldə edilir. Liderlərin əsas tapşırığı insanları qabaqcıl fikirlərə sahib olmağa ruhlandırmaqdır. Top menecerlərin təcrübəsi və baxışları sonrakı, yəni perspektivli təklifləri şirkətin strategiyası ilə əlaqələndirmək lazım olduğu mərhələlərdə faydalı ola bilər,” deyə Kaspersky-nin İnvestisiya və İnnovasiya Mərkəzinin (Kaspersky iHub) rəhbəri Vitali Mzokov bildirib.


İşçilərdən qaynaqlanan innovasiyaları dəstəkləmək üçün Kaspersky şirkətlərə tövsiyə edir:


• mütəmadi olaraq innovasiyanın daxili kommunikasiyadakı əhəmiyyətindən danışın. Bu həm yüksək idarəetmə səviyyəsində, həm də şöbə müdirləri səviyyəsində edilməlidir;
• işçilərə yeni iş ideyaları təklif etməyə imkan verən bir proqram həyata keçirin; ən yaxşı təkliflərin seçilməsi üçün dəqiq kriteriyalar hazırlayın; işçilərin daha da həvəsləndirilməsi üçün münsiflər heyəti və mükafat təyin edin;
• işçilərinin münsiflər heyəti tərəfindən seçilmiş fikirlər üzərində işləyəcəyi və şirkətin resurslarından və təcrübəsindən istifadə edə biləcəyi, eyni zamanda innovativ düşüncəni yavaşladacaq çərçivəyə bağlı olmayacaqları xüsusi bir şöbə təşkil edin. Məsələn, belə bir şöbə sadiq müştərilərin rəyləri əsasında təklifləri yaxşılaşdırmaq üçün həmin müştərilər haqqında fərziyyələri sınaqdan keçirə bilər.
 


* İri şirkətlərdə yenilikçi texnologiyaların tətbiqi problemləri ilə bağlı tədqiqat 2020-ci ilin yayında Savanta tədqiqat agentliyi tərəfindən xüsusi olaraq Kaspersky üçün aparılıb. Sorğuda Avropa, Asiya-Sakit okean regionu, Yaxın Şərq, Şimali və Latın Amerikası və MDB regionunda fəaliyyət göstərən təşkilatlarda çalışan və innovasiyaya məsul 304 rəhbər işçi iştirak edib. Bu mütəxəssislər 500 və ya daha çox işçisi olan müxtəlif sənaye şirkətlərində çalışırlar. Tədqiqata innovasiya istiqamətləri liderləri ilə 15 dərin müsahibə də əlavə edilib. Statistika bütöv dünya üçündür.


***


Əlavə məlumat və şərhlər üçün, Kaspersky-nin mətbuat xidməti ([email protected]) və ya +7 495 797 8700 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz. Mətbuat xidmətinin rəsmi Telegram kanalına (@Kaspersky4media) abunə ola və xəbərlərimizi sosial şəbəkələr və rəsmi mənbələrdən izləyə bilərsiniz:

 

 

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]