Plastik qablaşdırma tullantılarının səmərəli idarə olunması haqqında maarifləndirmə və təbliğatın gücləndirilməsi adlı vebinar Zoom proqramı vasitəsi ilə baş tutmuşdur. - -FOTO=4

“Plastik qablaşdırma tullantılarının səmərəli idarə olunması haqqında maarifləndirmə və təbliğatın gücləndirilməsi” adlı vebinar Zoom proqramı vasitəsi ilə baş tutmuşdur. -FOTO=4

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 935 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planının icrası çərçivəsində “Plastik qablaşdırma tullantılarının səmərəli idarə olunması haqqında maarifləndirmə və təbliğatın gücləndirilməsi” adlı vebinar 20.11.2020 tarixində saat 11:30-da Zoom proqramı vasitəsi ilə baş tutmuşdur.
Giriş sözü ilə vebinarın icraçısı Azərbaycan Resublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova çıxış edərək, bu kimi tədbirlərin mahiyyəti və hazırkı vəziyyətdə ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu qeyd etdi. Mövzu üzrə çıxışçılar zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi/Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin
Direktoru, Sfera  Sosial-Ekoloji Mərkəzi (QHT) Rəhbəri, Bakı Dövlət Universiteti, Ekologiya və Torpaqşünaslıq Fakültəsi, Bioekologiya kafedrasının dosenti Firuzə Sultan-zadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova və Ekoloji siyasət şöbəsinin məsləhətçisi Suqra İbrahimli “Yaşıl Şəbəkə”, “Təbiəti dəyişmə, özün dəyiş” və s. kimi əhəmiyyətli mövzularla çıxış edərək “2019-2020-ci illər üçün Tədbirlər Planı”nın icrası çərçivəsində görülmüş İşlər barəsində məlumat verdilər. Vebinarda ümumi 55 nəfər olmaqla Bakı Musiqi Akademiyasının Fortepiano, İfaçılıq və Tarix-nəzəriyyə fakültələrinin professor, müəllim və tələbə heyəti dinləyici qismində iştirak etdilər. Eyni zamanda Bakı Musiqi Akademiyası tarix-nəzəriyyə fakültəsinin müəllimləri fəlsəfə elmləri doktoru, professor Mina Hacıyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Ələsgərli maraqlı fikir və ideyalar irəli sürərək, mülahizələrlə çıxış etdilər. Sonda seminarın həyata keçməsində əməyi olan hər kəsə xüsusi təşəkkür bildirildi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !