Hacı Şahin Həsənli: İnsan ehtiyatsızlıqdan virusa yoluxub ölərsə intihar, başqasını yoluxdurarsa qatil hesab olunur -

Hacı Şahin Həsənli: İnsan ehtiyatsızlıqdan virusa yoluxub ölərsə intihar, başqasını yoluxdurarsa qatil hesab olunur

 Dünyada koronavirusla bağlı çox ciddi təhlükə yarandığı üçün insanlar olduqca ehtiyatlı davranmalıdırlar.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
O qeyd edib ki, Azərbaycan əhalisi xüsusi karantin qərarına ciddi riayət etməlidir:
"Dünyanın hər yerində bu infeksiya minlərlə insanın həyatına son qoyub. Belə bir vəziyyətdə yeganə çıxış yolu özünütəcriddir. İnsanlar ünsiyyətlərini minimuma endirməklə özlərini və yaxınlarını bu bəladan qoruya bilər. Bu, həm də Allah qarşısında bir məsuliyyətdir. Hər bir insan ona verilən can əmanətinə görə Allah qarşısında məsuliyyət daşıyır. Qurani Kərimdə də qeyd olunur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Bəzi insanlar deyir ki, Allah məni qoruyar. Amma ağılsız insanları Allah qorumur. Ona görə də insan ehtiyatlı davranmalıdır, İnsan ehtiyatsızlıqdan virusa yoluxub ölərsə, intihar, başqasını yoluxdurarsa, qatil hesab olunur. Ona görə də mən vətəndaşlarımızdan xahiş edirəm ki, özlərini təcrid etsinlər, Allah, cəmiyyət və qanun qarşısında məsuliyyətli davransınlar".
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !