Kiyev şəhərində Qarabağ Azərbaycandır! bilbordu quraşdırılıb -

Kiyev şəhərində “Qarabağ Azərbaycandır!” bilbordu quraşdırılıb

Ukraynada yeni fəaliyyətə başlayan “İrəli” analitik-informasiya platforması Azərbaycanın qazandığı şanlı qələbə münasibətilə Kiyev şəhərinin mərkəzi küçələrindən birində “Qarabağ Azərbaycandır!” bilbordu yerləşdirib. Ukrayna və Azərbaycan xəritələrinin əks olunduğu bilbordda müvafiq olaraq “Krım və Dombas Ukraynadır”, “Qarabağ Azərbaycandır” şüarları əks olunub. Təşkilat sədri Qulu İbrahimov bu layihənin təşkilatın ilk addımı olduğunu və bilbordun noyabr ayının sonuna qədər - 15 gün müddətinə yerləşdirildiyini bildirib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !