Yığmamız reytinqdə 5 pillə irəliləyib - -FOTO=2(AZpress.AZ İntiqam Məmmədov)

Yığmamız reytinqdə 5 pillə irəliləyib -FOTO=2(AZpress.AZ İntiqam Məmmədov)

Beynəlxalq Futbol Federasiyası (FİFA)milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Maraqlıdır ki, əvvəlki cədvəllə müqayisədə millimiz 5 pillə irəliləyib. İndi yığmamız 1180 xalla 109-cu pillədə qərarlaşıb. Qeyd edək ki, millimizin reytinq cədvəlində 5 pillə irəliləməsi Sloveniya komandası ilə yoxlama matçında. Monteneqro və Lüksümburqla isə UTFA Millətlər Kubokunda qolsuz heç-heçə etməsi səbəbindən olub. Yeri gəlmişkən, yığmamızın UEFA Millətlər Kubokundakı rəqiblərinə gəlincə, Monteneqro 1370 xalla 64-cü yerdən 63-cü pilləyə qalxıb. Aktivində 1235 xalı olan Lüksemburq 3 pillə geriləməklə 98-ci, Kipr isə 1224 xalla 99-dan 100-cü pilləyə düşüb. Reytinq cədvəlində ilk üç pilləni müvafiq ardıcıllıqla Belçika (1780 xal), Fransa (1755) və Braziliya (1743) tutur.
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !