Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Qarabağ azaddır!" mövzusunda onlayn tədbir keçirilib - FOTO=4 (Əlihüseyn Şükürov, AZpressAZ)

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Qarabağ azaddır!" mövzusunda onlayn tədbir keçirilib FOTO=4 (Əlihüseyn Şükürov, AZpressAZ)

Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Masallı rayon Dəmirçi kənd ümumi və Mahmudavar kənd tam orta məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Qarabağ azaddır!” mövzusunda tədbir keçirilib.
Videokonfrans formatında təşkil olunmuş tədbirbirdə əvvəlcə Vətən müharibəsində həyatını itirmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Masallı Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülcahan Vəkilzadə tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın böyük hərbi-siyasi qələbə qazanması, Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar və nəticə olaraq düşmən tapdağı altında olan ərazilərimizin işğaldan azad olunması münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Daha sonra onlayn tədbir iştirakçılarından Mahmudavar kənd tam orta məktəbinin direktoru Xanım Əliyeva və Dəmirçi kənd ümumi orta məktəbinin müəllimi İradə İmanbəyli, şagirdlərdən Sara Əliyeva və digərləri mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Tədbirdə şagirdlərdən Dəniz Səmədzadə, Cansu Zahirzadə, Sevanə Əzimova, Fidan İmanova və Zəhra Kərimova hərbi-vətənpərvərlik mövzulu şeirlər səsləndiriblər.
ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !