Yurd təşkilatı Şuranın dəstəyi ilə Qubada aztəminatlı ailələrə yardım göstərilb - -FOTO=5

“Yurd” təşkilatı Şuranın dəstəyi ilə Qubada aztəminatlı ailələrə yardım göstərilb -FOTO=5

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi “Biz birlikdə güclüyük!” – Quba rayonunda aztəminatlı ailələrə dəstək layihə çərçivəsində Quba şəhərində və ətraf kəndlərdə yaşayan əhaliyə yardımlar göndərib.
Layihə rəhbəri Ramin Mahmudov bildirib ki, bu fəaliyyətin əsas məqsədi hazırkı pandemiya şəraitində iş yerini müvəqqəti itirmiş aztəminatlı ailələrə ərzaq yardımlarının göstərilməsi və COVİD-19 infeksiyasıyasına qarşı mübarizədə onların tibbi maskalar və gigiyenik spritlərlə təmin olunmasına dəstək verməkdir.
Layihə çərçivəsində Quba rayonunun I Nügədi, Rustov, Alekseyevka, Qəcər-Zeyid, Almazqazmalar, Aşağı Tüləkəran, Tülər, İqriq və Zərdabi kəndlərində, eləcə də Quba şəhərində yaşayan 50 nəfər aztəminatlı vətəndaş üçün ərzaq yardımı kuponları, tibbi maska və gigiyenik spirtlər qablaşdırılaraq poçt vasitəsilə göndərilmişdir.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !