Mayk Tayson Roy Consa qarşı - -FOTO=9 (AZpress.AZ İntiqam Məmmədov)

Mayk Tayson Roy Consa qarşı -FOTO=9 (AZpress.AZ İntiqam Məmmədov)

Dekabrın 29-da səhər saatlarında Los-Ancelosda (ABŞ) yerləşən "Staples Center" arenasında məytəşəm boks gecəsi təşkil ediləcək. Maraqlıdır ki, həmin gecədə baş tutacaq döyüşlərdən birində 90-cı illərin əfsanələrindən olan ağır çəkili Mayk Taysonla (Dəmir Mayk) vaxtı ilə 4 divizionda dünya çempionu olmuş Roy Cons qarşılaşacaq. Qeyd edək ki, təşkilatçılar hərəsi 2 dəqiqə olmaqla 8 raundan ibarət bu döyüşdə yeni qaydalar tətbiq etmək istəyiblər. Ən əsas da bokscuların bir-birinə zərər verməməsi və nakautun baş verməməsi. Lakin boksçular buna razı olmayıblar və onlar əsil döyüş keçirməklə bir-birini əzəcəyini bildiriblər.
Maykın məşqçisi Rafael Kordeyro isə belə deyib: "İki əfsanəvi boksçu rinqə çəxaraq qarşılaşacaq. Onun hər ikisi təbii ki, döyüşü vaxtından əvvəl bitirməyə çalışacaq. Demək olar ki, biz heç bir qadağa olmadan döyüşəcəyik. Bu Maykın xoşuna gəlir. Bu əsil döyüş olacaq. Bizim əsas planımız Taysonun hazırki vəziyyətin hamıya göstərməkdir. Əgər o döyüş zamanı Royun həddini aşdığını görsə. onda nakaut variantı baş tutacaq".  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !