AMEA Yüksək Texnologiyalar Parkı və onun rezident müəssisələrində növbəti dəfə dezinfeksiya tədbirləri həyata keçirilib - -FOTO=2

AMEA Yüksək Texnologiyalar Parkı və onun rezident müəssisələrində növbəti dəfə dezinfeksiya tədbirləri həyata keçirilib -FOTO=2

 AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və müəssisə əməkdaşlarının sağlamlığının qorunması məqsədilə mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı işlər həyata keçirilir.
Pandemiya dövründə kollektivin sağlamlığı və təhlükəsizliyinin qorunması məqsədilə YT Parkında, eləcə də onun rezidentləri olan Təcrübə-Sənaye Zavodu və “İnkor” MMC-də növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya tədbirləri görülüb. Belə ki, texnoparkın nəzarət-buraxılış məntəqəsi, ərazisi, inzibati binanın otaqları, konfrans zalı və dəhlizləri,Strateji elmi analitik sınaq mərkəzi,eləcə də Təcrübə-Sənaye Zavodunun istehsalat sexi, anbarı, idarə binası, o cümlədən “İnkor” MMC-nin inzibati binası dezinfeksiya olunub.
Qeyd edək ki, YT Parkda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi şəkildə əməl olunur. Texnopark və onun rezident müəssisələrinə məhdud sayda işçilər cəlb edilib və əksər işlərin məsafədən həyata keçirilməsinə üstünlük verilir. Bununla yanaşı, əməkdaşlar müəssisəyə tibbi maska ilə buraxılır, sosial məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur.
Həmçinin qurumun kollektivi arasında mütəmadi olaraq virusla mübarizə məsələlərinə dair maarifləndirmə işləri aparılır.
AMEA Yüksək Texnologiyalar Parkının Mətbuat katibi
Nərgiz Qəhrəmanova

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !