Brilliant Dadaşova və Akif İslamzadə 35 il sonra... - -VİDEO+FOTO=2

Brilliant Dadaşova və Akif İslamzadə 35 il sonra... -VİDEO+FOTO=2

Böyük sənətkar Akif İslamzadə və xalq artisti Brilliant Dadaşovanın 35 il öncə ifa etdikləri mahnıya yeni klip çəkilib.
PARLA xəbər verir ki, "Caspian Media Group" tərəfindən ekranlaşdırılan əsər mərhum Aidə xanımın xatirəsinə ithaf olunub.
Musiqisi Cavanşir Quliyev, sözləri Arif Abdullazadəyə aid "Hər şey gözəldir həyatda" adlı musiqi əsəri yenidən aranjeman edilərək geniş auditoriyaya təqdim edilib.
Xatırladaq ki, Brilliant Dadaşova üçün özəl xatirəsi olan bu mahnı onun böyük səhnədəki ilk ifalarından sayıla bilər. Belə ki, hələ 1985-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə çıxan sənətçinin Akif İslamzadə ilə bu dueti Azərbaycanda çox böyük marağa səbəb olmuşdur.
Klipin linki
https://www.youtube.com/watch?v=TSkIEPTKCq4
Huseyn Javadzade 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !