Qrup yığmamız Avropanın ikincisi olub -FOTO=4 (AZpress.AZ İntiqam Məmmədov)
Bu xəbəri paylaş
İki gündür ki, Ukraynanın paytaxtı Kiyevdə sinyorlar (böyüklər) və yuniyorlar (yeniyetmələr) arasında bədii gimnastika üzrə Avropa çempionatı keçirilir. Çempionatın ikinci günü Azərbaycan gimnastlarının, biri gümüş, digərisə bürünc əyyarlı olmaqla, iki medal qazanması ilə yadda qalıb. Gümüş medalı heyəti Ləman Əlimuradov, Zeynəb Hümmütova. Yülizaveta Luzan, Mariya Səfərova və Darya Sorokinadan ibarət olan qrup komandamızın payına düşüb. Belə ki, yarışların birinci günü 5 topla nümayiş etdirdiyi hərəkətə görə hakimlardan 34.600, 3 həlqə və 2 gürzlə hərəkətə görə isə 31.700 bal alıb. Ümumi nəticədə 66.300 bal toplayan qrup komandamız ikinci yeri tutub. Yarışda komandamız yalnız İzraildən (67.575 xal) geri qalıb. İlk üçlüyü isə ev sahibi olan Ukrayna (63.700 xal).
Çempionatda Azərbaycanın aktivinə yazılan bürünc medal isə yuniyorların və qrup komandamızın birlikdə topladıqları xallar hesabına qazanılıb. Ümumilikdə 226.175 xalla üçüncü yeri tutan komandamız yalnız Ukrayna (237.150) və İzraildən (236.900) cütlüyündən geri qalıb.
Çempionat davam edir. Sabahdan isə sinyorlarımız mübarizəyə başlayacaqlar. Onlar ayri-ayri növlərdə (top, lent, gürzlər və həlqə) və çoxnövçülükdə öz bacarıqlarını nümayiş etdirəcəklər.
İNTİQAM Məmədov
Bu xəbəri paylaş



