-

«Azpromedia» Şirkəti polkovnik İlqar Mirzəyevin son səsyazmasına videorolik hazırladı - VİDEO

Xatırladaq ki, 2020- ci il iyulun 13-dən 14-ə keçən gecə düşmən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərmişdir.

Həmin ərazidə baş verən şiddətli döyüşlər zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı, gizir Elçin Mustafayev qəhrəmancasına şəhid olmuşdular. Ümumilikdə 11 hərbçi, 1 mülki şəxs dünyasını dəyişmişdir.

Şəhid olanlar arasında polkovnik İlqar Mirzəyevin bir gün öncədən dostlarına göndərdiyi səsyazısı diqqəti cəlb edib.

AZpress.AZ "Mediapress"ə istinadən xəbər verir ki, həmin səsyazmanı dostu Tural Müseyibov əbədiləşdirmək qərarına gəlib. «Azpromedia» Şirkəti ilə birgə İlqar Mirzəyevin əziz xatirəsinə videoçarx hazırlayıb:

«Polkovnik İlqar Mirzəyev şəhidlik zirvəsinə ucalmazdan bir gün əvvəl əziz dostuna qələbə ruhlu səsli mesaj göndərib. «Azpromedia» olaraq şəhid polkovnikin son səsli mesajını əbədi yaşatmaq istədik. Bu məqsədlə də, ailəsinin razılığı ilə həmin mesaja video çarx hazırladıq. Bildirmək istədik ki, artıq Qarabağ azaddır! Ruhun şad olsun, Cənab Polkovnik!»

Həmin videoçarxı diqqətinizə çatdırırıq:

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !