İsveçrədə yaşayan azərbaycanlılar Le Temps qəzetinə etiraz məktubu ünvanlayıblar -

İsveçrədə yaşayan azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu ünvanlayıblar

İsveçrənin “Le Temps” qəzeti Qarabağ həqiqətlərini oxucularına təhrif olunmuş formada təqdim edib. Bununla əlaqədar olaraq, həmvətənlərimiz “La Temps” qəzetinin redaksiyasına etiraz məktubu ünvanlayıblar.
 

Məktubda qeyd olunur ki, bu ölkədə yaşayan azərbaycanlılar əslində bitərəf mövqe sərgiləməli olan mətbuat orqanının erməni təxribatına uymasından, eləcə də Qarabağ həqiqətlərini ölkə ictimaiyyətinə təhrif edilmiş formada təqdim etməsindən dərin təəssüf hissi keçirirlər. Həmçinin, məktubda Xocalı soyqırımı, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının yurd-yuvasından didərgin düşməsi, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılıq siyasəti ilə bağlı qəbul etdiyi qətnamələrin 27 il ərzində yerinə yetirilməməsi barədə məlumat verilib.
 

Bundan əlavə, sentyabrın 27-dən etibarən işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yaşayan mülki əhalisinə qarşı törətdiyi terror aktları və işğal olunmuş Azərbaycan torpaqlarında ermənilər tərəfindən törədilən ekoloji terror barədə informasiya da qəzetin redaksiya heyətinin diqqətinə çatdırılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !