Rusiyada kütləvi peyvəndləmə başlayır
Bu xəbəri paylaş
Rusiyada kütləvi peyvəndləmə başlayır
Rusiya Prezidenti Vladimir Putin Baş nazirin müavini Tatyana Qolikovaya gələn həftədən koronavirusa qarşı kütləvi peyvəndləmə aparmağı tapşırıb.
“RİA Novosti”yə istinadən xəbər veririk ki, Putin gələn həftənin sonundan kütləvi peyvəndləmənin başlanmasını istəyib.
Qolikova əvvəlcə hazırlıq barədə məruzə etmək istəsə də, Putin "məlumat verməyin, başlayın”, deyib.
Xatırladaq ki, Rusiya dünyada ilk dəfə olaraq koronavirusa qarşı "Sputnik V" peyvəndini hazırlayıb. Bu peyvənd Putinin qızı və bir sıra dövlət rəsmiləri üzərində sınaqdan keçirilib.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !