Həkim təyinatı olmadan müalicə aparılması - yolverilməzdir

Həkim təyinatı olmadan müalicə aparılması yolverilməzdir

 Həkim təyinatı olmadan müalicə aparılması yolverilməzdir

Koponavirusdan əsas ağırlaşmalar bir sıra xroniki xəstəliklərdə müşahidə olunur. Daha çox ürək-damar sistemi, şəkərli diabet, xroniki respirator, arterial hipertenziyası olanlarda və onkoloji xəstəliklərdə ağırlaşma və ölüm hallarına rast gəlirik. Yoluxanların sayında son günlər artım halları əhalinin həssas qrupları arasında panikaya və təşvişə səbəb olmaqdadır. Yoluxanların 81 faizindən çoxu xəstəliyi yüngül simptomlarla keçirirlər və bu, onların ev şəraitində müalicəsini mümkün edir.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva dekabrın 2-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !