Evdə də sosial məsafəyə riayət edin! - İnstitut direktorundan - ÇAĞIRIŞ

“Evdə də sosial məsafəyə riayət edin!” - İnstitut direktorundan ÇAĞIRIŞ

20 yaşlarında olan insanlar koronavirus, daha doğrusu ölüm daşıyıcılarıdır.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib.
A.Allahverdiyev qeyd edib ki, 20 yaş və daha aşağı yaşda olanlar xəstəliyi əsasən simotomsuz keçirir:
"Bəzən evə gəlib 60-65 yaşlı nənə-babasını qucaqlayır, öpür. Baxın bu şəkildə ailə üzvlərinizi yoluxdurursunuz. Əgər evinizə koronavirus atəşinin düşməsini istəmirsinzisə, evdə də sosial məsafəyə riayət edin. Maskanı burnunuzu örtən şəkildə taxın. Taksidən istifadə edirsinizsə, daha diqqətli olun. Nəzərə alın ki, həmin avtomobildə onlarla insan daşınır". modern.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !