Azərbaycan aliminin adı 2020-ci ildə dünyanın ən çox istinad olunan tədqiqatçıları siyahısında yer alıb - FOTO=3

Azərbaycan aliminin adı 2020-ci ildə dünyanın ən çox istinad olunan tədqiqatçıları siyahısında yer alıb FOTO=3

Clarivate Web of Science ™ hər il dünyanın ən nüfuzlu alimlərin adlarını açıqlayır. 2020-ci ildə 21 tədqiqat sahəsi üzrə ən çox istinad olunan alimlərin elit qrupunda azərbaycanlı alim, Rusiya Elmlər Akademiyası Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Bionanotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Süleyman Allahverdiyev yer alıb.
Qeyd edilməlidir ki, son üç ildə hər il Süleyman Allahverdiyevin adı bu siyahıdadır. Onun elmi araşdırmalarının nəticələri “Chemical Reviwers”, “Proceedings of National Academy of Science USA”, “The EMBO Journal”, “Journal of Photochemical and Photobiolgy”, “Photosynthesis Research”, “FEBS Letters” və s. nüfuzlu jurnallarda dərc edilir. Hirşa indeksi 52 və 60 olan görkəmli alim 500-dən çox elmi əsər, 8 kitab və 6 ixtiranın müəllifidir, onun işlərinə 17330-dan artıq istinad olunub.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !