Azərbaycan İlahiyyat İnstitutunun rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib - - FOTO

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib - FOTO

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib.


İclas “Bluejeans” platforması vasitəsilə onlayn formada keçirilib.


Avropa Şurasınıın “Qeyri-ayrı-seçkilik, müxtəliflik və inklüzivlik” üzrə Rəhbər Komitəsinin (Committee on Anti-Discrimination, Diversity and Inclusion) tərkibində “Mədəniyyətlərarası inteqrasiya” (Working Group on Intercultural Integration) İşçi qrupunun ikinci görüşü 01.12.2020-02.12.2020-ci il tarixlərində keçirilib. Görüşdə Azərbaycanı İşçi qrupun üzvü kimi, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov təmsil edib.


İclasda Avropa Şurasının nümayəndələri İvana Delesandro (Ivana D`alessandro) və İrena Quydikova (Irena Guidikova), həmçinin 10 üzv ölkənin təmsilçiləri, 10 ölkənin məhəlli idarələrinin üzvləri və mədəniyyətlərarası inteqrasiya sahəsində mütəxəssislər iştirak ediblər. Tədbirdə İşçi qrupun sədr və müavinləri seçilib. Belə ki, Norveçi təmsil edən Piya Bul Jirolami (Pia Buhl Girolami) sədr, İspaniyanın Bilbao şəhərinin təmsilçisi Klaudiya Emmanuel Laredo (Claudia Emmanuel Laredo) isə sədr müavini seçilib.


Qeyd edək ki, A.Şirinov Avropa Şurası "Mədəniyyətlərarası İnteqrasiya İşçi Qrupu"nun (Working Group on Intercultural Integration) Azərbaycan üzrə təmsilçisi seçilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !