Qarabağa həsr olunmuş onlayn sərgilər - - FOTO

Qarabağa həsr olunmuş onlayn sərgilər - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələrinə həsr olunmuş onlayn sərgilər keçirilir.


Onlayn sərgi "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Faəliyyət Planına uyğun olaraq təşkil edilir.


Sərginin keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, uşaq və gənclərin bədii-estetik zövqünü formalaşdırmaq, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir.


Sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi texniki və dizayn sahələrindən ibarət əl işləri və rəsmləri nümayiş olunur.


Həmçinin Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları və tanınmış şəxsiyyətlərindən bəhs edən videoçarxlar nümayiş olunur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !