Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı itiyerişli nəqliyyat dizellərində istifadə edilən yüksək keyfiyyətli motor yağı uğurla sınaqdan keçirilib

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əməkdaşları tərəfindən 2020-ci ildə “Zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən dərman maddələrinin, müxtəlif təyinatlı üzvi reagentlərin və kompozision materialların məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi” problemi üzrə 4-ü elmi-fundamental, biri isə tətbiqi xarakterli olmaqla 5 mühüm elmi nəticə əldə olunub.

Tətbiqi xarakterli elmi nəticə xüsusi təyinatlı itiyerişli nəqliyyat dizellərində istifadə edilən “M-16ИХП-3” motor yağının yeni, yüksək keyfiyyətli analoqu “M-16ИХП-3y” xüsusi təyinatlı motor yağının işlənilməsi ilə əlaqədardır.

Qeyd olunan motor yağının nümunəsi AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Aşqar” Elmi İstehsalat Birliyində hazırlanıb və bir neçə mərhələli sınaqdan uğurla keçib.

Bu motor yağı hərbi və xüsusi texnikalarda istifadə üçün nəzərdə tutulub.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]