Binəqədi Gənclər Evi Könüllülər ili çərçivəsində 1000-dən çox gənci əhatə edən,100-dən çox könüllünün məzun olduğu layihə və proqramları sistemli şəkildə 2020-ci ildə icra edib!

Binəqədi Gənclər Evi “Könüllülər ili” çərçivəsində 1000-dən çox gənci əhatə edən,100-dən çox könüllünün məzun olduğu layihə və proqramları sistemli şəkildə 2020-ci ildə icra edib!

 Binəqədi Gənclər Evi “Könüllülər ili” çərçivəsində 1000-dən çox gənci əhatə edən,100-dən çox könüllünün məzun olduğu layihə və proqramları sistemli şəkildə 2020-ci ildə icra edib!


30 dekabr 2019-cu il tarixində Cənab Prezident İlham Əliyevin 2020-ci ili Azərbaycan Respublikasında “Könüllülər ili” elan olunması ilə bağlı sərəncam imzalaması Binəqədi Gənclər Evinin fəaliyyət istiqamətində xüsusi yer tutub!

İlin əvvəlində, 02.02.2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində Binəqədi Gənclər Evi tərəfindən təşkil olunan, 250-dən çox gəncin iştirak etdiyi “GəncLİK üçün Danış” Gənclər Forumu keçirilib. Forum “2 fevral – Azərbaycan Gənclər Günü”nə həsr olunub!
Forumda “Könüllülük Akademiyası 2”(Gənc LiderlərimİZ) layihəsinin bağlanış mərasimi xüsusi yer alıb.
300-dən çox gənci əhatə edən layihə 28 oktyabr 2019-ci il - 28 yanvar 2020-cu il tarixlərində Binəqədi Gənclər Evinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin dövlət tərəfdaşlığı ilə keçirilib.

Daha sonra Binəqədi Gənclər Evi 2020-ci il fəaliyyət dövründə gənclər arasında könüllülük hərəkatının inkişaf etdirilməsi üçün bir çox yeni layihələrin icrasına başlayıb.
29 fevral 2020-ci il tarixində Binəqədi Gənclər Evində “Könüllülər ili” çərçivəsində həyata keçiriləcək layihələrdən biri olan 450-dən çox gənci əhatə edən "Könüllülük Akademiyası3" (GəncLiderlərimİZ) layihəsinə start verilib.Binəqədi Gənclər Evinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin dövlət tərəfdaşlığı ilə keçirilən layihə mart ayından etibarən yeni növ virus COVİD-19 Pandemiyası ilə əlaqəli olaraq, fəaliyyətini sistemli şəkildə, onlayn formatda davam etdirməyə başlayıb. Onlayn formatda davam edən layihənin 22.07.2020 tarixində bağlanış mərasimi keçirilib.

Növbəti keçirilən layihə avqust-sentyabr aylarında 350-dən çox gənci əhatə edən "Gənclərin Online Yay Liderlik Məktəbi" layihəsi idi. Layihə Binəqədi Gənclər Evinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin dövlət tərəfdaşlığı ilə onlayn formatda keçirilib.
Son olaraq 5 dekabr tarixində “Könüllülər ili” çərçivəsində "5 dekabr-Beynəlxalq Könüllülük Günü"nə həsr olunmuş "Könüllülük Gələcəyin Sərmayəsidir!" Forumu həyata keçirilib.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı və Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə keçirilən forumda 150-dən çox gənc, 3 onlayn və 1 fiziki fəaliyyətdə iştirak edib.


2020-ci ildə Binəqədi Gənclər Evi, ümumillikdə “Könüllülər ili” çərçivəsində 1000-dən çox gənci əhatə edən, 100-dən çox könüllünün məzun olduğu, 3 böyük, 10-dan çox orta layihə və 4 forum (1 fiziki, 3 onlayn formatda) həyata keçirib!

Sizə 2020-ci il “Könüllülər ili” çərçivəsində Binəqədi Gənclər Evinin təşkil etdiyi layihələrin video-hesabatını təqdim edirik:

https://youtu.be/MTHzFUIcjZM

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]