Zəfər döyüşündə yazılan məktub adlı film layihənin icrası ilə əlaqədar Göyçay Şəhidlər Xiyabanında görüş keçirilib - - FOTO

“Zəfər döyüşündə yazılan məktub” adlı film layihənin icrası ilə əlaqədar Göyçay Şəhidlər Xiyabanında görüş keçirilib - FOTO

“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi “Zəfər döyüşündə yazılan məktub” adlı film layihəsinin icrası ilə əlaqədar Göyçay Şəhidlər Xiyabanında görüş keçirmişdir. Görüşdə Şəhid ailələri, Ziyalılar, Göyçay Gənclər və İdman idarəsinin rəisi Elşən Şirinov, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Zahidə Mirzəyeva, Qazilər, Gənclər, Göyçay İcra Hakimiyyəti və Göyçay informasiya agentliyinin nümayəndələri iştirak etmişdilər.


Giriş nitqini Birliyin sədri Əzizağa Atakişiyev açaraq, 44 günlük müharibə ərzində Şanlı Ordumuzun Azərbaycan tarixinin ən unudulmaz səhifəsini yazdığını qeyd etdi. O eyni zamada film haqqında məlumat verərək çəkilişlərin davam etdirildiyini və filmin şəhidlərimizin döyüş yolundan və onların şücaətli həyat yoludan bəhs olunacağını bildirdi. Dövlət başçımızın qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi, şəhidlərimizin qanı-canı bahasına əldə olunan bu möhtəşəm qələbə şanlı zəfəri kimi tarixlərdə gələcək nəsillərin xatirəsində əbədi yaşayacağını vurğuladı. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və şəhidlərin məzarları ziyarət edilərək gül dəstələri qoyuldu.


Qeyd etmək istərdik ki, layihənin məqsədi Göyçay rayonundan olan Aprel qəhrəmanı, şəhid Teymur Qasımov və II Qarabağ müharibəsindəki qəhramanlar və onların şücaətli həyat yolu haqqında film çəkməklə gənc nəslə vətənpərvərlik ruhu aşılamaq və şəhidlərimizin xatirəsini əbədiləşdirməkdir!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !