İngiltərə Premyer Liqasında dekabк ayının ən yaxşısı kim olacaq? - - İNTİQAM təqdim edir (AZpress.AZ)

İngiltərə Premyer Liqasında dekabк ayının ən yaxşısı kim olacaq? - İNTİQAM təqdim edir (AZpress.AZ)

 FUTBOL
-------------------------------------------
İngiltərə Premyer Liqasında dekab ayının ən yaxşısı kim olacaq?

İngiltərə Premyer Liqası dekabr ayının ən yaxşı oyunçusunu müəyyənləşdirmək məqsədi ilə sorğu keçirmək qərarına gəlib. Dekabrın laureatını seçmək üçün namizədlərin adları da elan edilib. Namizədlər arasında "Aston Villa"nın qolkiperi Emiliano Martines (5 oyunda 1 qol buraxıb), Con Stounz ("Mançester Siti"nin qapıçısı, 4 oyunu qol buraxmadan keçirib), "Brenli"nin müdafiəçisi Ben Mi (6 oyunda 1 qol vurub), Brunu Fernandeş ("Mançester Yunayted"in havbeki, 6 oyunda 3 qol, 4 assistentlik), Anvar Əl-Qazi ("Aston Villa"nın yarımmüdafiəçisi, 5 oyunda 5 qol), Tomaş Souçek ("Vest Hem"in havbeki, 6 oyunda 3 qol), Markus Reşford ("Mançester Yunayted"in forvardı, 6 oyunda 5 qol, 2 assistentlik) və Moxamed Salah ("Liverpul"un forvardı, 6 oyunda 5 qol, 2 assistentlik) yer alıb.

Xatırladaq ki, hoyabr ayının ən yaxşısı Brunu Fernandeş seçilmişdi.

 

İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !