Robert Levandovski Almaniyada da birinci olub - - İNTİQAM təqdim edir (AZpress.AZ)

Robert Levandovski Almaniyada da birinci olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

 FUTBOL
-----------------------------------
Robert Levandovski Almaniyada da birinci olub


Az öncə ötən ilin yekunlarına görə FİFA tərəfindən ilin ən yaxşı futbolçusu seçilən Robert Levandovski indi də Almaniyada birinci olub. "Bavariya"nın polşalı forvardına Almaniyada isə "Get German Football News" nəşri birinci yeri verib. Qeyd edək ki, Levandovski adıçəkilən nəşr tərəfindən bu ölkədə 2020-ci ilin ən yaxşı 100 futbolçusunun tərtib edildiyi reytinq cədvəlinə başçılıq edib.Maraqlıdır ki, Levandovskinin lideri olduğu Top-100-ün ilk onluğunda onunla yaşı, "Bavariya"nın daha 7 oyunçusu yer alıb.Onların sırasına münhenli qapıçı Manuel Noyer, müdafiəçilər Yozua Kimmix, David Alaba, yarımmüdafiəçilər Serj Qnabri, Alfonso Deyvis, Leon Qoretska və hücumçu Tomas Müller daxil olub.

İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !