İran yerli peyvənddən istifadə edəcək

İran yerli peyvənddən istifadə edəcək

 İran yerli peyvənddən istifadə edəcək

 

Yanvarın 9-da İranda daha 5 min 924 nəfər koronavirusa (COVİD-19) yoluxub, 82 nəfər isə bu virusdan ölüb.

 

Bunu İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib.


Onun sözlərinə görə, bununla da İranda yoluxanların ümumi sayı 1 milyon 280 min 438, ölənlərin sayı isə 56 min 100 nəfərə çatıb.

Virusa yoluxaraq xüsusi xəstəxanalarda müalicə alan 4 min 686 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 1 milyon 67 min 466 nəfər müalicə alaraq sağalıb.

 

Qeyd edək ki, İranın Ali Rəhbəri xaricdə istehsal olunan peyvəndlərin ölkəyə gətirilməsi və testdən keçirilməsini qadağan edib. İranda yalnız milli istehsal olan peyvəndlərdən istifadə olunacaq.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]