Azərbaycan cüdoçularının "World Masters"dəki ilk rəqibləri bəlli olub - - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan cüdoçularının "World Masters"dəki ilk rəqibləri bəlli olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

 CÜDO
-------------------------------------------------------
Azərbaycan cüdoçularının "World Masters"dəki ilk rəqibləri bəlli olub


Qətərin paytaxtı Dohada kişi və qadın cüdoçular arasında keçirilməsi nəzərdə tutulan və yanvarın 11-də startı veriləcək "World Masters"in püşkatma mərasimi olub və turnirdə iştirakı gözlənilən cüdoçularımızın ilk qarşılaşacaqları rəqiblər bəlli olub. Beləlikə, yanvarın 13-dək davam edəcək turnirə qatılan həmyerlilərimizdən Nicat Şıxəlizadə (66 kq) startyda moldovalı Denis Vyeru ilə, həmin çəkidə mübarizə aparan və İJF-nin favoritlərdən biri hesab etdiyi Orxan Səfəərov izrailli Barux Şmailovla, 100 kq-da çıxış edən cüdoçularımız Elmar Qasımovla Zəlim Kotsayevsə müvafiq olaraq, Rafael Buzakarini (Braziliya) və misirli Ramadan Dervişlə üzləşəcək. Zəriflərimizə gəlincə, Leyla Əliyeva (48 kq) start görüşünü mərakeşli Əzizə Çakirə, Ayşən Abdullayeva (48 kq) isə türkiyəli Gülkader Şəntürkə qarşı keçirəcək. Ən ağır və titullu xanım cüdoçumuz İrina Kindzerskayasa Sandra Yablonskite (Litva)\Yasmin Qrabovski (Almaniya) cütünün qalibi ilə güləşəcək.

İNTİQAM Məmmədov

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !