Bülbülün dağıdılmış ev-muzeyi -

Bülbülün dağıdılmış ev-muzeyi

 Bülbülün dağıdılmış ev-muzeyi

 

İran əsilli məşhur fransalı fotoqraf Rza Diqqəti öz "İnstagram" səhifəsində Azərbaycanla bağlı növbəti paylaşım edib. Fotoqraf Şuşa şəhərində görkəmli Azərbaycan opera müğənnisi Bülbülün dağıdılmış ev-muzeyini ziyarət edib.

O, öz paylaşımında bu ev-muzey barədə 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunandan sonra heç bir məlumatın olmadığını qeyd edib.
Fotoqraf Bülbülün ev muzeyinə girəndə şoka düşdüyünü vurğulayıb. O bildirib ki, muzeyin içərisində hər şey qarət olunub, Bülbülün heykəlinin isə gözləri çıxarılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !