Azərbaycan pəhləvanları Fransa Qran-Prisində - - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan pəhləvanları Fransa Qran-Prisində - İNTİQAM təqdim edir (AZpress.AZ)

 GÜLƏŞ
----------------------------------------------------------------
Azərbaycan pəhləvanları Fransa Qran-Prisində

 

Yanvarın 14-dən 18-dək Fransanın Nittsa şəhərində güləşin hər 3 növü üzrə məvsümün ilk yarışı olan Qran-Pri keçiriləcək. Turnirdə Azərbaycan pəhləvanları da iştirak edəcəklər. Artıq Dünya Güləş Birliyi (UWW) turnirdə iştirak edəcək ölkələrin və idmançıların adlarını açıqlayıb. Bəlli olub ki, Anri Deqlanın xatirəsinə həsr olunan bu turnirdə Azərbaycan da daxil olmaqla 47 ölkə təmsilçisi medallar uğrunda mübarizə aparacaq. Ölkəmiz isə sözügedən yarışa 21 idmançı ilə qatılacaq. Sərbəst güləş yarışında ölkəmizi Mahir Əmiraslanov, İslam Bazarqanov, Qiorqi Edişeraşvili (hamısı 57 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (70 kq). Hacımurad Hacıyev, Coşqun Əzimov, Hacımurad Omarov (hamısı 74 kq), Abubakr Abakarov, Osman Nurmaqomedov (hər ikisi 86 kq) və komandanın yeni kapitanı Şərif Şərifov (97 kq), yunan-Roma güləşi üzrə yarışlarda isə Murad Məmmədov (60 kq), Murad Bazarov (63 kq0, Namaz Rüstəmov, İslambek Dadov (hər ikisi 67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokiayev (97 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcək. Yeri gəlmişkən, qadınlardan ibarət yığmamız isə hazırda Türkiyədə yerli və Moldavadan olan güləşçilərlə birgə təlim=məşq prosesindədir.
image.png
Bu arada UWW turnirdə daha çox maraq doğura biləcək qarşılaşmaların ola biləcəyini də qeydə alıb. Belə maraqlı qarşılaşmalardan biri yığmamızın kapitanı Şərifovla bu çəkidə Olimpiya çempionu olan amerukalı Kayl Snayder arasında ola bilər. Xatırladaq ki, Şərifov Snayderi Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən son dünya çempionatının yarımfinalında çoxlarının gözləmədiyi halda məğlub etmişdi - 5:2.
İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !