Noyer 2020-ci ilin nəticələrinə görə "Almaniya maşını"nın ən yaxşı oyunçusudur - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
FUTBOL
------------------------------------
Noyer 2020-ci ilin nəticələrinə görə "Almaniya maşını"nın ən yaxşı oyunçusudur
2020-ci ilin yekunlarına görə Almaniya millisinin ən yaxşı oyunçusunu seçmək məqsədi ilə azarkeşlər arasında sorğu keçirilib. Sorğunun nəticəsinə görə birinci yeri "Almaniya maşını"nın qolkiperi, hazırda Münhen "Bavariya"sında forma geyinən Manuel Noyer tutub. 34 yaşlı çərçıvə qoruyucusu sorğuda 57,8 % səs toplayıb. İkinci yeri 15 faiz səslə Serj Qnabri tutub. İlk üçlüyü isə 9,3 %-lə "Borussiya"da (Menhenqladbax) forma geyinən Mattias Qinter tamamlayıb.
Xatırladaq ki. Noyer 2020-ci ildə "Bavariya" ilə birlikdə Bundesliqanı udmaqla yanaşı, UEFA Çempionlar Liqasını, Almaniya Kubokunu və Superkubokunu, eləcə də Avropanın Superkubokunu qazanıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş










