"World Masters"də qadınlar ikinci, kişilərsə birinci mərhələdə mübarizəni dayandırıblar - - İNTİQAM təqdim edir (AZpress.AZ)

"World Masters"də qadınlar ikinci, kişilərsə birinci mərhələdə mübarizəni dayandırıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

 CÜDO
----------------------------------------------------------------------
"World Masters"də qadınlar ikinci, kişilərsə birinci mərhələdə mübarizəni dayandırıblar 

 

Bu gün Qətərin paytaxtı Dohada kişi və qadın cüdoçular arasında 2021-ci ilin ilk yarışı olan "World Masters" turnirinə start verilib. Üç gün davam edəcək turnirin ilk günü ikisi qadın olmaqla, 4 cüdoçumuz tatamiyə çəxəb. Kişilərimiz 66, zəriflərimizsə 48 kq çəki dərəcəsində mübarizə aparıblar. Təəssüflər olsun ki, cüdoçularımızdan heç biri mükafatçılar arasında yer ala bilməyiblər. Qadın cüdoçularımız ikinci mərhələdə uduzduğu halda, kişilərimiz elə startdaca məğlubiyyətlə üzləşərək, mübarizəni erkən dayandırmaq məcburiyyətində qalıblar. Qadınlarımızdan Leyla Əliyeva startda mərakeşli Əziz Çakiri udandan sonra ikinci mərhələdə ispaniyalı Xuli Fiqeorayla bacarmayıb. Startda türkiyəli Gülkader Şəntürkü üstələyən Ayişə Qurbanlı isə ikinci mərhələdə yaponiyalı Funi Tonakiyla bacarmayıb. Kişi cüdoçularımıza gəlincə, Nicat Şıxəlizadə moldovalı Denis Vyeri ilə, İJF-nin (Beynəlxalq Cüdo Federasiyası) öz rəsmi portalında böyük dəyər verdiyi və bu çəkinin favoritlərindən biri adlandırdığı Orxan Səfərovsa İzrail təmsilçisi Barux Şmailovla bacarmayıb. Turnirin son günündə isə biri qadın olnmaqla daha 3 təmsilçimiz mübarizəyə qatılacaq. Xatırladaq ki, İJF-nin portalında 66 kq-da Orxan Səfərovla yanaşı, güclülər sırasında Vaja Marqvelaşvili (Gürcüstan), Barux Şmailov (İzrail) və ispaniyalı Alberto Qaiteronun da adı vurğulanmışdı. Maraqlıdır ki, Səfərovu məhz adıçəkilən bu triodan biri - Şmailov məğlub edib.

İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !