Hakimi "İnter"də tarix yazıb - - İNTİQAM təqdim edir (AZpress.AZ)

Hakimi "İnter"də tarix yazıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

 FUTBOL
------------------------------------
Hakimi "İnter"də tarix yazıb


İtaliya A seriyasının 17-ci turunda baş tutan və 2:2 hesabla bitən "İnter" - "Roma" matçı birincinin xal itkisi ilə nəticələnsə də, klubun müdafiəçisi Əşrəf Hakimi üçün əlamətdar olub. Belə ki, İnterin dalbadal ikinci dəfə xal itirdiyi bu oyunda 22 yaşlı Hakimi müdafiəçi olmasına rəğmən A seriyasının cari məvsümündə özünün 6-cı qolunu vurub. Bu isə klubun heyətində 11 illik fasilədən sonra yenidən qeydə alınan əlamətdar hadisə kimi yadda qalıb. Xatırladaq ki, 2009\10-cu illər məvsümündə "İnter"in heyətində belə bir nəticəni müdafiəçi Maykon göstərmişdi. Xatırladaq ki, "İnter"in dalbaldal iki oyunda xal itirməsi onun yarış cədvəlinə liderlik edən "Milan"dan 3 xal geri qalmasına səbəb olub.
İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !