İndoneziyada qəzaya uğrayan təyyarənin - qara qutu su tapıldı

İndoneziyada qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı

 İndoneziyada qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı

 

Yanvarın 9-da İndoneziyada naməlum şəraitdə qəzaya uğrayaraq Yava dənizinə düşən təyyarənin “qara qutu”larından biri (FDR) tapılaraq sahilə çıxarılıb.

 

Bu barədə Nəqliyyat naziri Budi Karya Sumadi yanvarın 12-də təşkil edilən birgə mətbuat konfransında məlumat verib.


Nazir bildirib ki, bu, axtarış-xilasetmə əməliyyatına cəlb olunan müvafiq qurumların birgə səyləri nəticəsində mümkün olub:

 

“Ümid edirik ki, bu əməkdaşlıq bundan sonra da uğurlu olacaq və pilotların kabinəsində yerləşən digər “qara qutu”nu (CVR), həmçinin sərnişinlərin cəsədlərini və təyyarənin digər hissələrini tapmağa kömək edəcək”. Modern.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !