Leyli və Məcnun operasının ilk tamaşasının proqram-afişası -

“Leyli və Məcnun” operasının ilk tamaşasının proqram-afişası

 “Leyli və Məcnun” operasının ilk tamaşasının proqram-afişası

 

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bərpa edilən qurama texnikalı tikmənin üzərində aşkarlanan yazılar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasının proqram-afişasını əks etdirir...

 

 

Müsəlman Şərqinin ilk operası olan “Leyli və Məcnun”un premyerasından 113 il ötür. Şərqin ilk operası olan “Leyli və Məcnun”u Üzeyir Hacıbəyli 1907-ci ildə yazıb. 1908-ci il yanvarın 12-də əsərin Tağıyev teatrında ilk tamaşası olub. “Leyli və Məcnun”la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulub.

2011-ci ildə Milli Azərbaycan Tarixi Muzeyindən Elmi Bərpa Mərkəzinə daxil olan qurama texnikalı tikmənin bərpası zamanı onun demontaj edilmiş bir hissəsində ipək parçanın üzərində həm əski əlifba, həm də köhnə kiril əlifbası ilə olan yazılar aşkarlanmışdı. Bu yazılar 12 yanvar 1908-ci ildə “Nicat” maarif cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasının proqram-afişasını əks etdirirdi. Proqram-afişanın üzərində ilk tamaşada rolları ifa edən aktyorların adı, rejissorun adı və s. ilə yanaşı 14 yanvarda oynanılacaq növbəti tamaşanın anonsunu əks etdirən yazılar da var idi.

 


zarifa melikova

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !