Samboçuların yarışı təxirə salınıb - - İNTİQAM təqdim edir (AZpress.AZ)

Samboçuların yarışı təxirə salınıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

 SAMBO
----------------------------------------------
Samboçuların yarışı təxirə salınıb

 

Beynəlxalq Sambo Federasiyası (FİAS) 2021-ci il mövsümünün təqvimində ilk dəyişikliyini edib. Belə ki, qurum mövsümə yanvarın sonunda Rumıniyada keçirilməsi planlaşdırılan Avropa Kuboku ilə start verəcəkdi. Lakin, hələ də yer üzünü qara yara kimi bürüyən koronavirus pandemiyası üzündən samboçuların start yarışı təxirə salınıb. Belə ehtimal var ki, samboçular mövsümə 25-26 mart günlərində Rusiya Federasiyasının paytaxtı Moskvada keçiriləcək Xarlampiyev Memorialı ilə başlayacaqlar. Bunun ardından isə 18-20 may aralığında İtaliyanın Liqnato şəhərində Avropa çempionatına qatılacaqlar.
İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !