19 ədəd tank əleyhinə mina partladıcısı, 10 752 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd PKA silahı və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - - FOTO

19 ədəd tank əleyhinə mina partladıcısı, 10 752 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd PKA silahı və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - FOTO

2021-ci il 09-12 Yanvar tarixlərində Agentliyə Ağcabədi, Ağdam, Daşkəsən, Füzuli, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Yevlax rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 14 (on dörd) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki) müraciət daxil olmuşdur.
 

Daxil olmuş 16 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 44 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 126 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd bombacıq, 6 ədəd piyada əleyhinə mina, 47 ədəd tank əleyhinə mina, 19 ədəd tank əleyhinə mina partladıcısı, 10 752 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd PKA silahı və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.
 

Agentliyin partlayış qrupu tərəfindən 112 ədəd partlamamış hərbi sursat (PHS) və 602 ədəd mina zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 84 165 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]