SOCAR-ın Geofizika və Geologiya İdarəsinin işçiləri əmək haqlarının 10 faizini Yaşat Fonduna köçürdülər -

SOCAR-ın Geofizika və Geologiya İdarəsinin işçiləri əmək haqlarının 10 faizini “Yaşat” Fonduna köçürdülər

Respublikamızın ictimai həyatında daim yaxından iştirak edən SOCAR-ın Geofizika və Geologiya İdarəsinin əməkdaşları “YAŞAT” Fondunun fəaliyyətinə öz töhfələrini vermək qərarına gəlmişlər. İdarənin əməkdaşlarının və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsünü nəzərə alan rəhbərlik “YAŞAT” Fonduna (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə  vəzifə maaşlarının 10%-i həcmində maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab etmişdir. “YAŞAT” fondunun hesabına 61.925 manat vəsait köçürülmüşdür.


2020-ci il ərzində Geofizika və Geologiya İdarəsi tərəfindən  COVID-19-la mübarizə çərçivəsində Koronovirusla Mübarizəyə Dəstək Fonduna və  Silahlı Qüvvələrə dəstək fonduna da vəsait köçürüblər. Ötən il ərzində ümumilikdə fondlara 140 min manata yaxın vəsait köçürülmüşdür.


 Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !