BDU-da bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin imtahan sessiyası davam edir - - FOTO

BDU-da bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin imtahan sessiyası davam edir - FOTO

Bakı Dövlət Universitetində (BDU) bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin imtahan sessiyası davam edir.
 

Onlayn formatda aparılan imtahanlarda bütün tələbələr üçün eyni şərait yaradılıb. Tələbələrə hər sualı 0-10 balla qiymətləndiriləcək beş sualdan ibarət bilet təqdim olunub. Onlayın imtahanın keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan imtahan zamanı hər hansı bir problem yaranmayıb.
 

Yanvarın 12-də bakalavriat pilləsində təhsil alan 285 qrup üzrə 5797 (2800 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 165 ixtisaslaşmada 84 fənn üzrə 588 magistrant imtahan verib. BDU-nun Qazax flialında isə 611 tələbə imtahanlarda iştirak edib.
 

İmtahanların gedişini prorektorlar, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri də izləyiblər.
 

Tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !