QARABAĞIN SU EHTİYATIARI TƏSƏRRÜFATIN İNKİŞAFINDA DÖNÜŞ YARADACAQ -

QARABAĞIN SU EHTİYATIARI TƏSƏRRÜFATIN İNKİŞAFINDA DÖNÜŞ YARADACAQ

 QARABAĞIN SU EHTİYATIARI TƏSƏRRÜFATIN

İNKİŞAFINDA DÖNÜŞ YARADACAQ

 

 

 

 

 

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Məhəmməd Abduyev işğaldan azad olunmuş ərazilərimizdə su ehtiyatları və onlardan yararlanma imkanları, torpaqların azad olunmasının su ehtiyatlarının idarə edilməsinə təsiri haqqında fikirlərini bölüşüb.

O bildirib ki, Azərbaycanın su ehtiyatları orta hesabla 30.0 km3-dir. Bunun 3/2 hissəsi, yəni 20.0 km3 tranzit axımın payına düşür, 10.0 km3-i isə sərhədlərimiz daxilində formalaşır. İşğaldan azad olunan ərazilərimizin çaylar, göllər və o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 mln.kub metr olaraq hesablanır. Bu isə yerli su ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir.

İşğal dövründə Azərbaycan Tərtərçay, Həkəriçay, Tərtərçayın qolu Levçay, Tutkunçay, Xaçınçay və digər kimi böyük çayların su ehtiyatlarından məhrum olduğundan, əkin sahələrinin suvarılmasında, xüsusilə bitkilərin vegitasiya dövründə, çətinliklər yaranırdı. Ermənilər ekoloji terror törədərək həmin çayların sularını dağətəyi ərazilərə buraxmırdılar.

Qarabaq çatlı vulkanik süxurların geniş yayıldığı ərazi olduğuna görə yeraltı sularla daha zəngindir və onlar nisbtətən dağətəyi ərazilərdə səthə çıxaraq bulaq şəklində çayları qidalandırır. Hidrokimyəvi xüsusiyyətləri - kalsium hidrokarbonatlılığına görə onların ümumi codluğu nisbətən aşağıdır və bu çayların suları Azərbaycanda demək olar ki, ən keyfiyyətli sular hesab olunur. Həm də xüsusilə yuxarı hissələrində meyllilik və sululuq çox, axın sürəti böyük olduğundan bu çaylar hidroenerji ehtiyatları ilə də zəngindir. Onların Azərbaycanın digər sahələrindəki suvarma sistemlərinə daxil olması, eyni zamanda, ərazidəki Sərsəng, Suqovuşan, Ağdamkənd, Xaçınçay və sairə su anbarları ekoloji bərpa prosesinin sürətlənməsinə təkan verəcəkdir.

Alim qeyd edib ki, işğal zamanı bu çayların qarşısı ermənilər tərəfindən kəsildiyinə görə, Qarabağın dağətəyi ərazilərində qazılmış çoxlu artezian quyularının suyundan istifadə olunurdu. Bu sular çox təmiz, yealtı sular olduğuna görə onlardan içməli su kimi məişətdə istifadə olunması daha məqsədəuyğundur. Çay suları isə minerallar, üzvü birləşmələr baxımından zəngin olduğundan əkin sahələrinın suvarılması üçün daha münasibdir.

İşğaldan azad olunmuş ərazilərin su ehtiyatlarının iqtisadiyyatımızın irəliləyişində dönüş yaradacağına əminlik bildirən coğrafiyaçı mütəxəssis suvarılan torpaqların artırılmasına, suya olan tələbatın ödənilməsinə, digər su ehtiyyatlarının paylanmasına və idarə olunmasına yetərincə müsbət təsir göstərəcəyini diqqətə çatdırıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]