BDU-nun jurnalistika fakültəsinin tələbəsi Əsgər İsmayılov yazır: - Xatirimizdə "Yaddaş muzeyi" olaraq yaşayacaq şəkil...

BDU-nun jurnalistika fakültəsinin tələbəsi Əsgər İsmayılov yazır: Xatirimizdə "Yaddaş muzeyi" olaraq yaşayacaq şəkil...

Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, Azərbaycan ordusunun qüdrəti və bütün xalqın milli - birlik göstərməsi ilə azadlıq müharibəmizin zəfərli sonluğuna nail olduq. Bu gün vətəndaş da, vətənin daşı da özünün azad günlərini yaşamaqdadır. Vətən ərazisi dostun-dosta tən olması ilə bütövləşdi. Ərazi bütövlüyümüzün tamlığı torpağın əzəli sakinləri kimi torpaq üzərində illərdi halal bəndə nəfəsinin istisini duymayan dağı da, çayı da, abidələri də öz rahatlığına, xürrəmliyinə qovuşdurdu.
 

Keçən ilin müqəddəs 8 noyabr günü Şuşanın ordumuz tərəfindən azad olunması müjdəsini Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri Xiyabana gələrək xalqı ilə bölüşmüşdü. Həmin vaxt Cənab Prezident İlham Əliyev: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" - demişdi. Bu gün Şuşa şəhərinin timsalında bütün işğaldan azad olunmuş şəhərlərimiz, kənd və rayonlarımız özünün fiziki və mənəvi dirçəlişini yaşayır. Elə keçən ilin noyabrın 23-də dövlət başçısı və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olarkən bir daha: "İşğaldan azad olunmuş ərazilərin bərpası planlı şəkildə həllini tapacaq" - ifadəsini söyləmişdi.
 

İşgaldan azad edilmiş ərazilərdə nəzərdə tutulmuş və aparılacaq geniş tikinti, irimiqyaslı iqtisadi layihələri tez bir zamanda gerçəkləşdirməsi üçün Cənab Prezidentimiz müvafiq sərəncamlar imzalamışdır. Şəhər və kəndlərimizdə həyata keçirilən tikinti və bərpa işləri zamanı gerçəkləşən layihələr işğaldan sonrakı kəndlərin, şəhərlərin yeni siması, yəni əvvəlki ilə müqayisədə hansı formada fərqlənəcəyi köçkünlərlə yanaşı, ölkə ictimaiyyətinin də diqqət mərkəzindədir. Bu məsələ isə hər kəsdən çox Ali Baş Komandanımızın xüsusi nəzarəti altındadır.
 

İrimiqyaslı layihələrin həyata keçirilməsində dövlətimizlə sıx əməkdaşlıq edən ölkələrin, xüsusi ilə Azərbaycanın beynəlxalq aləmdə haqlı mübarizəsini dəstəkləyən ölkələr tikinti və bərpa, habelə digər infrastruktur işlərdə bizimlə birgə quruculuq, bərpa prosesini həyata keçirəcəklər. Məlum məsələdir ki, İslamaqədərki Azərbaycan cografiyasında ulu əcdadlarımızdan bizə miras qalan: qalalar, məbədlər, kilsələr, körpülər, kurqanlar və digər abidələri hər vəchlə, yeddi əsrdən əvvəl mövcud qədim tikili abidələrə isə ermənilər min bir məkrli hiylə ilə sahib çıxmagı qarşılarına məqsəd qoyaraq düşünülmüş və gələcəyə hesablanmış erməni kilsəsinin (?!) saxta planlarını həyata
 

keçirmək niyyətlərindən heç vaxt əl çəkməmişlər. Tarixi saxtalaşdıran ermənilər, bu azmış kimi 28 abidəni tamamilə dağıtmış, bəzilərinin isə yalnız qalıqlarını saxlamışlar.
 

Bu gün Ali Baş Komandanımız İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər etdilər. Onların bu səfəri adi bir səfər deyildi. Bakıdan başlayan bu müqəddəs səfər Ali Baş Komandan və ailəsinin milli-mənəvi dəyərlərimizə sadiqliyini, külli-aləmə xalqımızın böyüklüyünü, dəyərlərə misilsiz bağlılığını bir daha göstərmiş oldu. Bu həssas, isti məqamın zirvəsi isə Gövhər Ağa Məscidini ziyarət edən Cənab İlham Əliyev və ailə üzvlərin həmçinin də ikinci Qarabağ müharibəsi zaman xəsarət görən erməni kilsəsinə də baş çəkməsi ilə özünü göstərmiş oldu. Bu həm də Azərbaycanın ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar olmasını, bu xalqın hər bir nümayəndəsinin isə sülhsevər, bəşəri olduğunu bir daha dünyaya sübut etdi.
 

Şahmat taxtasının arxasında Aleksandr Dumaya qalib gələn Xan Qızı Natəvanın, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim dahi Üzeyir bəyin, sözün hər iki mənasında musiqimizin Bülbülünün heykəllərinin Şuşaya qaytarılması milli-mənəvi dəyərlərimizə ən yüksək qiyməti verməklə, həm də haqq-ədalətin yerinin bərpa olunduğunu, Qarabağa musiqi ruhunun qayıtmasını görmüş olduq.
 

Vaxtilə dahi rəhbər Heydər Əliyev Molla Pənah Vaqifin məqbərəsinin biri açılış zamanı olmaqla, iki dəfə: yayın istisi və qışın sərt şaxtasında ziyarət etmişdir. Cənab Prezidentimiz İlham Əliyevin vaxtilə Ulu Öndərlə Vaqifin məqbərəsi önündə çəkdirdiyi fotoşəkil tarixdən həqiqəti silmək mümkün olmadığı kimi yaddaşlarımızdan da heç vaxt silinməyəcək. Həm şəkil kimi, həm bəşəri hisslər kimi qönçəyə bənzəyəcək. Ulu əcdadlarımızdan ata-babalarımızdan bizə miras qalan örnəkləri - dəyərləri daima əziz tutan, yaşadan İlham Əliyev xalqımızın mədəniyyətini, karifeylərin ləyaqətini, xalqın mənliyini bugünki səfəri ilə bütün məqamlardan üstün tutaraq, öz sonsuz sevgisi ilə əyani şəkildə bütün cahana göstərdi.
 

Bu gün Şuşa səfəri zamanı Cənab Prezidentimiz İlham Əliyevin əlində tutduğu şəkil millətimizin xatirində "yaddaş muzeyi" olaraq əbədi və əzəli yaşayacaqdır.

 

Əsgər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]