BDU-da qış imtahan sessiyasının ilk həftəsi başa çatdı -

BDU-da qış imtahan sessiyasının ilk həftəsi başa çatdı

Bakı Dövlət Universitetində (BDU) payız semestrinin ilk həftəsinə yekun vurulub.
 

15 yanvar tarixində Bakı Dövlət Universitetində (BDU) payız semestrinin imtahan sessiyası bakalavriat və magistratura səviyyələrində uğurla davam edib. Ümumilikdə bakalavriat səviyyəsində 286 qrup üzrə 5320 tələbə (262 nəfəri SABAH tələbəsi olmaqla), BDU-nun Qazax filialında keçirilən imtahanlarda 409 tələbə iştirak edib.


Magistratura səviyyəsində isə 147 qrup üzrə 447 magistrant 58 fənn üzrə imtahan verib.
İmtahanların gedişini prorektorlar, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri də izləyiblər.
 

Qeyd edək ki, imtahanlarla bağlı tələbələrin şikayət və təkliflərini qəbul etmək üçün Qaynar Xətt, eləcə də Apellyasiya Komissiyası öz işini onlayn rejimdə təşkil edib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]