4 güləşçimiz Fransa Qran-Prisinin yarımfinalında - - İNTİQAM təqdim edir (AZpress.AZ)

4 güləşçimiz Fransa Qran-Prisinin yarımfinalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

 GÜLƏŞ
------------------------------------------------------------------
4 güləşçimiz Fransa Qran-Prisinin yarımfinalında

 

Yanvarın 16-da Fransanın Nitsa şəhərində sayca 47-ci olan güləş üzrə Qran-Priyə start verilib. Anri Deqlanın xatirəsnə həsr olunan və Azərbaycan pəhləvanlarının da qatıldığı bu ənənəvi turnirin ilk günü sərbəst güləşçilər mübarizəyə baçlayıblar. Olimpiya çempionu Namiq Abdullayevin baş məşqçisi olduğu Azərbaycan yığması yarışa 10 güləşçi ilə qatılıb ki, bunlardan da 4-ü daha uğurla çıxış edərək turnirin 1\2 mərhələsinə çıxıb.
57 kq-da İslam Bazarqanov mübarizəyə qatıldığı 1\4 finalda rumıniyalı Razvan Kovaçı məğlub edərək (10:0) yarımfinala çıxıb və burada ABŞ təmsilçisi Tomas Qilmana rəqib olub. Bu çəkidə çıxış edən digər güləşçilərimizdən Mahir Əmiraslanov 1\8 finalda Nilsa Leutertanı (İsveçrə) udsa da (13:2) 1\4-də amerikalı Nik Surianoya uduzub - 0:7. Həmin çəkidə sabiq avropa çempionumuz Qiorqi Edişeraşvili isə elə start görüşündəcə Tomas Qilmana uduzub (0:4).
65 kq-da Turan Bayramov yarımfinalçı olub. Qeyd edək ki, 1\8-də ev sahiblərindən biri olan İlman Muxtaeovu üstələyən (5:0) Turan 1\4-də isə moldovalı Maksim Sakultadan fəal olaraq (4:4) 1\2-ə yüksəlib. Finala çıxışda onun rəqibi ABŞ təmsilçisi Ceyms Qrin olacaq.
Yarımfinala çıxanlarımız arasında Hacımurad Hacıyev (74 kq) də yer alıb. Startda isveçrəli Markom Ditşeni üstələyən (6:0) təmsilçimiz 1\4-də isə Stanislav Novakı vaxtından əvvəl üstələyərək (10:0) yarımfinala çıxıb və amerikalı Kayl Deykə rəqib olub. Bu çəkidə xalça üzərinə çıxan Coşqun Əzimov da eyni uöura imza atıb. Startda isveçrəli Coel Mayeri xalçaya çıxmağa peşman edən (13:0) Coşqun 1\4-də isə Moldovadan olan Valentin Borzini məyus edib - 6:2. Yarımfinala yüksələn Coşqun burada gürcüstanlı Davit Tlaşadze ilə qurşaq tutacaq. Bu çəkidə mübarizə aparan daha bir təmsilçimiz - Hacımurad Omarov isə ......
86 kq-da xalçaya çıxan Abubəkr Abakarov da fiaskoya uğrayıb. 1\4-dən mübarizəyə qatılan güləşçimiz bu mərhələdə rusiyalı Maqomed Ramazanova uduzaraq mübarizəni erkən dayandırıb.
92 kq-da mübarizə aparan Osman Nurmaqomedova gəlincə, startda gürcü İrakl Mitsurini (11:0) məyus edən təmsilçimiz nəvbəti mərhələdə isə almaniyalı Robin Ferdinanddan üstün olub - 15:5. Onu qarşıda Zbiqnev Baranovski (Polşa)- Samuel Şeror (İsveçrə0 cütünün qalibi ilə görüş gözləyir.
Təəssüflər olsun ki, yarışa komandanın yeni kapitanı kimi gedən Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) startda gürcüstanlı Qivi Matsaraşviliyə uduzub - 3:8. Onu Mixael Manelə qarşı təsəlliverici görüş gözləyir.
Yeri gəlmişkən, baş məşqçisi Aleksandr Tarakanov olan yunan-Roma güləşi üzrə yığmamız isə bəlli turnirə aşağıdakı heyətlə qatılacaq: Murad Məmmədov, Murad Bazarov (hər ikisi 60 kq), Namaz Rüstəmov, İslambek Dadov (hər ikisi 67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokiayev (97 kq) və Sabah Şəriəti (130 kq).
İNTİQAM M\əmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]