Azərbaycanın milli idman brendi olan "İl Azero" möhtəşəm sosial layihəyə start verib -

Azərbaycanın milli idman brendi olan "İl Azero" möhtəşəm sosial layihəyə start verib

AZpress.AZ xəbər verir ki, bu layihə kommersiya məqsədi daşımır, bu fikr Azərbaycan və Qarabağa məxsus olan milli rəmzlərin geniş təbliği, onların dünyada tanıdılması üçün nəzərdə tutulub. "İl Azero" yeni nümayiş dəstlərini Azərbaycanın tanınmış şəxslərinə, idmançı, ictimai xadim, sənət adamları, muharibə zamanı torpaqlarımızı düşmən tapdağından azad edən cəngavərlərimizə təqdim edəcək. Yeni buraxılışı geyimləri Azərbaycan idmanının ən güclüləri, milli komandamızın üzvü Ruslan Abışov, karatenin brilyantı Rafael Ağayev, olimpia çempionu Toğrul Əsgərov, qaydasız döyüşçü Tofiq Musayev, "İl Azero"nun rəhbəri İlqar İmamquliyev və başqa ulduzlar geyinib.


Layihənin devizi
"Bizi öldürə bilməyən, bizi daha güclü edir!"
 

"İl Azero" Azərbaycanımızın dəyərlərini həmişə qoruyub, üzərlərinə düşən məsuliyyəti yüksək  səviyyədə yerinə yetiriblər. Buna görə "İl Azero" komandası, başda İlqar İmamquliyevə dərin təşəkkürümüzü bildiririk. İşiniz avand olsun!

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]