Rüstəm Orucov liderliyi itirib, Kindzerskaya isə 2-ci yerə yüksəlib Cüdoçularımızın növbəti yarış məkanı İzrail olacaq - - İNTİQAM təqdim edir (AZpress.AZ)

Rüstəm Orucov liderliyi itirib, Kindzerskaya isə 2-ci yerə yüksəlib Cüdoçularımızın növbəti yarış məkanı İzrail olacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

 CÜDO
------------------------------------------------------------------------
Rüstəm Orucov liderliyi itirib, Kindzerskaya isə 2-ci yerə yüksəlib
Cüdoçularımızın növbəti yarış məkanı İzrail olacaq


Beynəlxalq Cüdo Federasiyası (İJF) 11-13 yanvar günlərində Qətərin paytaxtı Dohada kecirilən "World Masters"dən sonra cüdoçuların yenireytinq cədvəlini açəqlayıb.Qeyd edək ki, 2021-ci ilin ilk turniri olan bu yarışa qatılan cüdoçularımızdan fərqli olaraq, turnirdən kənarda qalan tatmi ustalarımızın reytinq cədvəlindəki mövqelərində geriləmə ilə müşahidə edilən dəyişikliklər baş verib. Ən əsası isə 73 kq-da cədvələ liderlik edən Rüstəm Orucovun məvqeyini itirməsidir. Doha turnirindən kənarda qalan cüdoçumuz 6575 xalla ikinci pilləyə düşüb. Onun əvəzində isə birinci yerə yaponiyalı Soiçhi Haşimoto (7639 xal) yüksəlib. "World Masters"də uğurla çıxış edən cüdoçularımıza gəlincə, yarışa reytinq cədvəlinin 4-cüsü kimi gedən cüdoçumuz İrina Kindzerskaya (+78 kq) qazandığı gümüş medal sayəsində daha iki pillə irəliləməklə 2-ci yerə yüksəlib (6564 xal). 100 kq-da mübarizə aparan və yarışdan gümüş medalla dönən təmsilçimiz Zəlim Kotsayev də vəziyyətini yaxşılaşdırıb. Yarışa 14-cü pillədə gedən Kotsayev 4327 xalla yeni cədvəldə 10-u yerə qalxıb, Bu çəkidə mübarizə aparan və yarışdan əliboş döbən Elmar Qasımov (4100 xal) isə yalnız 1 pillə irəliləməklə 11-ci olub. Dohada fiaskoya uğrayan Orxan Səfərov (66 kq) bir pillə geriləməklə 18-ci yerə düşüb (2794 xal). Onunla eyni çəkidə tatmiya çıxan ve turnirdə elə startdaca uduzub mübarizəni dayandıran Nicat Şıxəlizadə (2482 xal) 23-dən 24-ə yuvarlanıb. Doha turnirinə qatılan zəriflərimizdən Ayişə Qurbanlı (1705 xal) 4 pillə irəliləməklə 29-cu, Leyla Əliyeva (1670 xal) isə 2 pillə yüksəlməklə 30-cu olub.

Yarışa qatılmayan digər cüdoçularımıza gəlincə, 60 kq-da Davud Məmmədsoy (826 xal) 49-dan 50-yə düşsə də, Əhməd Yusifov (746 xal) 50-ci pillədə qalıb. 81 kq-da Murad Fətiyev (1416 xal) 40-cı pillədəki mövqeini qoruyub. 90 kq-da Məmmədəli Mehdiyev 4309 xalla 4 pillə geriləməklə 9-cu yerə düşüb. Həmin çəkidə mübarizə aparan Tural Səfquliyevsə 436 xalla yenə də 75-cidir. Ən ağırımız olan Uşanqi Kokuari (+100 KQ) geriləyib. Aktivində 2518 xalı olan Kokuari 19-dan 21-ə düşüb. Zəriflərimizdən isə Aleksandra-Larisa Florian 329 xalla əvvəlki kimi 79-u pillədədir. Maraqlıdır ki, Florian 57 kq-da isə 1020 xalla 45-cidir. 63, 70 və 78 kq çəki dərəcələrində isə hətta Top-100-də belə təmsilçimiz yoxdur.

Yeri gəlmişkən, cüdoçularımızın növbəti reytinq xarakterli və Olimpiya təsnifatlı yarış məkanı İzrailin paytaxtı Təl-Əviv olacaq. Söhbət 18-20 fevralda keçiriləcək "Böyük Dəbilqə"dən gedir. Ümumiyyətlə, Tokio Olimpiadasına qədər cüdoçular İzrail turniri ilə yanaşı, daha 4 turnirdə mübarizə aparacaqlar. Bu yarışlar silsiləsinə 5-7 martda Daşkənd (Özbəkistan), 26-28 martda Tbilisi (Gürcüstan) və 8-9 mayda Paris (Fransa) "Böyük Dəbilqə"si və 6-13 iyunda Budapeştdə (Macarəstan) keçiriləcək dünya çempionatı daxildir.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]