-

Masallı rayonunun Tüklə kəndindən olan şəhid əsgər Əli Nəcəfov (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

 Masallı rayonunun Tüklə kəndindən olan şəhid əsgər Əli Nəcəfov

 

Əli Seyran oğlu Nəcəfov 24 may 1998-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olub.
2004-cü ildə Bakı şəhərində yerləşən 276 nömrıli tam orta məktəbində təhsil alıb.
2016-2020-ci il tarixlərdə Azərbaycan Universitetinin Maliyyə fakültəsində, «Maliyyə və İqtisadiyyat» ixtisası üzrə ali təhsil alıb.
Ali təhsilini başa vurduqdan sonra Əli Nəcəfov Vətənə olan vətəndaşlıq borcunu da yerinə yetirməyə hazırlaşırdı. Beləliklə, o, 25 iyul 2020-ci il tarixində hərbi xidmətə yollandı.
Hərbi xidmətini ilk dəfə Suymqayıt şəhərində yerləşən «N» saylı hərbi hissədə, daha sonra isə Qobustan rayonunda yerləşən «N» saylı hərbi hissədə yerinə yetirdi.
2020-ci ilin sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi uğurunda savaşda, Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşmüşdür. İgid döyüşçü qəhrəmanlığı ilə öz adını tarixə yazdı.
2020-ci ilin oktyabrın 20-si Əli Seyran oğlu Nəcəfov qəhrəmancasına şəhidlik məqamına əbədi ucaldı. Oktyabrın 22-də doğulub boya-başa çatdığı Masallı rayonunun Tüklə kənd qəbiristanlığında dəfn edilib. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əli Seyran oğlu Nəcəfov ölümündən sonra «Vətən uğrunda» və 25 dekabr 2020-ci il tarixli digər Sərəncamına əsasən «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edildi.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]